XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

08 February 2017 - 21:00

Körfəzin ərəb dövlətləri:"Tehrandan məhz bu cavabı gözləyirdik"

Kuwait's foreign ministry undersecretary Khaled al-Jarallah, attends the

Küveyt rəsmi Tehranın Fars körfəzinin ərəb qonşuları ilə dialoqa hazırlığını alqışlayır. Tehranın hər hansı danışıqlar olmadan belə, Suriya və Yəməndə vətəndaş müharibələrinin həllinə kömək etmə ehtimalı var.

"KUNA" dövlət agentliyinin məlumatına görə, bunu Küveytin xarici işlər nazirinin müavini Xalid Jarullah deyib. Bu, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin bəyanatına cavab olaraq söylənib. Xalid Jarullah əlavə edib: "Bu məhz aradığımız cavabdır".

Strateq.az xəbər verir ki, İran səfirliyindəki qəbulda iştirak edən X.Jarullah bildirib: "Belə bir dialoq Yəməndə ya Suriyada, yaxud hər hansı başqa bölgədə gərginlik ocaqlarının ləğvinə səmərəli töhfə olardı".

Xatırladaq ki, Körfəz Ölkələri Şurası və İran arasında dialoq üçün təməl Küveyt əmiri Şeyx Sabah əl-Əhməd əl-Sabahın İran prezidenti Həsən Ruhaniyə yanvar ayında çatdırılan məktubla qoyulub. "Ettelaat" qəzetinə müsahibəsində Məhəmməd Cavad Zərif bildirib ki, rəsmi Tehran dialoqa hazırdır. "Bizim gələcəyə dair ümumi məqsədimiz olmalıdır".