Beynəlxalq Miqrasiya təşkilatının məlumatına əsasən, 2017-ci ildə Avropaya Aralıq dənizi vasitəsilə 11 min miqrant gəlib. Bunların 85 faizi artıq İtaliya, digərləri isə Yunanıstan sərhədlərinə çatıblar. 255 nəfər yolda həyatını itirib.
Təşkilatın məlumatına görə, ötən il 5 min miqrant yolda həyatını itirib, 363 min miqrant isə Avropa ölkələrinə gəlib(azərtac).