Rusiya səfiri Levan Caqaryan lazım olduğu təqdirdə terrorla mübarizə üçün Rusiyanın İranın hərbi hava bazalarından istifadə edə biləcəyini deyib.
Strateq.az TASS agentliyinə istinadla xəbər verir ki, L.Caqaryan deyib: "İki ölkənin rəsmiləri Suriya və ya hər hansı digər bölgədə terrorizmə qarşı mübarizə üçün İran hava bazalarının istifadəsinə ehtiyac duyduqda, bu məsələdə əməkdaşlıq edəcəklər".
Keçən ilin avqust ayında Rusiya Həmədan hərbi aeraportundan Suriyadakı terror təşkilatlarına qarşı istifadə edib.