Suriyanın dövlət başçısı Bəşər Əsədlə danışıqlarda iştirak etmiş Rusiya Dövlət Dumasının deputatı Aleksandr Yuşşenko prezidentin sağlamlığı ilə bağlı şayiələrə münasibət bildirib.
Strateq.az xəbər verir ki, A.Yuşşenko müxalifət və digər mətbuatda B.Əsədin ciddi xəstəlikdən əziyyət çəkməsi ilə əlaqədar iddiaları təkzib edib.
Dəməşqə səfər etmiş Rusiya nümayəndə heyətinin üzvü, Dövlət Dumasının kommunist deputatı deyib: "Əsəd son dərəcə yaxşı görünür. Sağlamlığının yerində olmadığına dair xəbərlər əsassız və dedi-qodudur. Səhhəti çox yaxşı, kefi də kökdür".