XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

08 Fevral 2017 - 23:37

CIA direktoru Mayk Pompeo sabah Türkiyəyə gəlir –Ağ Evdən təsdiq yoxdur

ardogan-trump

Türkiyə mənbələri CIA-nın (Mərkəzi Kəşfiyyat İdarəsi) yeni direktoru Mayk Pompeonun sabah Ankaraya gələcəyini iddia ediblər.

Onların sözlərinə görə, M.Pompeo Türkiyə rəsmiləri ilə YPG və 2016-cı ilin 15 iyul çevriliş cəhdində təqsirləndirilən Fəthullah Gülən şəbəkəsi (FETÖ) barədə müzakirələr aparacaq.

Strateq.az "Reuters"ə istinadla xəbər verir ki, hələlik Vaşinqtonda CIA direktorunun səfərini təsdiqləyən açıqlama yoxdur.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ prezidenti Donald Tramp arasında telefon danışığına gəlincə, tərəflər əl-Bab və Raqqa şəhərlərində İŞİD-ə qarşı ortaq hərəkətetmə barədə razılaşıblar.

D.Tramp Türkiyəni "NATO üzrə müttəfiq  və strateji tərəfdaş" adlandırıb.

İki lider Suriyada təhlükəsiz zonalar, qaçqın böhranı və terrora qarşı mübarizə məsələlərini müzakirə ediblər. Ərdoğan ABŞ prezidentini Suriyadakı kürd YPG silahlılarını dəstəkləməməyə çağırıb.