"Tasnim" agentliyi bu il mayın 19-da İranda keçiriləcək prezident seçkilərinin qrafiki barədə məlumat yayıb.
Strateq.az xəbər verir ki, qrafikə əsasən, gələcək prezidentliyə namizədlərin qeydiyyatı aprelin 11-16 aralığında (5 gün) aparılacaq.
Namizədlərin təbliğat kampaniyası aprelin 27-dən mayın 17-dək davam edəcək və seçkilərə bir gün qalmış dayandırılacaq.
Prezident Seçkilərinə Nəzarət Mərkəzinin heyəti Əsas Qanunun Mühafizəsi Şurasının ("Şura-i Negəhban Qanun-e Əsasi") üzvləri Ayətullah Cənnəti, Ayətullah Yəzdi, höccətül-islam Rəisi, Məhəmməd Rza Əlizadə, Abbas Əli Kədxodai, Mohsen İsmaili və Siyamək Rahpeyk tərəfindən artıq təyin olunub.