XƏBƏR LENTİ

20 Yanvar 2021
19 Yanvar 2021

Digər Xəbərlər

09 Fevral 2017 - 01:32

Rusiya-İran:viza rejimi ləğv ediləcək

turist

Rusiya və İran arasında iki ölkə vətəndaşları üçün viza rejiminin sadələşdirilməsi barədə saziş imzalanacaq.

Strateq.az xəbər verir ki, bu barədə Rusiyanın Tehrandakı səfiri Levon Caqaryan məlumat verib.

Səfirin sözlərinə görə, prezident Həsən Ruhaninin gələn ay Moskvaya səfəri çərçivəsində imzalanacaq saziş iki ölkə arasında turist qrupları (5-dən 50 nəfərədək) üçün vizaların ləğvini nəzərdə tutur.

L.Caqaryan fikrinin davamında əlavə edib: "İran və Rusiya arasında turizm mübadiləsi olduqca artıb, buna görə də bu saziş çox vacibdir".