XƏBƏR LENTİ

24 Noyabr 2020

Digər Xəbərlər

09 Fevral 2017 - 10:25

ABŞ senatorları Rusiya əleyhinə qanun layihəsi hazırlayıb –Sanksiyaların ləğvini çətinləşdirirlər

putinn-trump-1

Bir qrup ABŞ senatoru Donald Tramp administrasiyasının Rusiya üzərinə qoyulmuş sanksiyalarıın qaldırılması üçün ediləcək hər hansı cəhdinin qarşısının alınması məqsədilə qanun layihəsi təkılif edib.

Strateq.az Azadlıq radiosuna istinadən bildirir ki, “Rusiya Sanksiyalarına Baxılması” (Russia Sanctions Review Act) haqqında qanun layihəsini dəstəkləyənlərin arasında həm demokrat, həm də respublikaçı senatorlar var və bu qanunun qəbul edilməsi təşəbbüsü Konqresin Tramp administrasiyasının Rusiya siyasətindən narahatlığını nümayiş etdirir.

Tramp dəfələrlə işarə edib ki, Rusiya ilə Suriyada terrorçulara qarşı mübarizə kimi sahələrdə daha çox əməkdaşlığa can atacaq.Üstəlik, onun administrasiyası Ukrayna və başqa məsələlər barədə əvvəlki administrasiyanın siyasətinə zidd və Moskvanın mövqeyi ilə daha çox səsləşən bəyanatlar verib.

Senatorlar, respublikaçı Lindsey Qraham və demokrat Ben Karden tərəfindən də dəstəklənən bu qanun layihəsi Tramp administrasiyasının Rusiya üzərindəki sanksiyaları qaldımağa yönəlmiş hər hansı bir addımının konqres tərəfinfən dayandırılması və konqresə buna veto qoyulması hüququnun verilməsini nəzərdə tutur.

"Rusiya Sanksiyalarına Baxılması haqqında qanunvericilik təşəbbüsünə səbəb odur ki, biz prezidentin sanksiyaları azaldacağı və ləğv edəcəyi barədə dediklərini dəfələtrlə eşitmişik” – deyə senator Cardin fevralın 8-də deyib.

Onun sözlərin görə bu qanun, “prezident geniş dəstək və anlaşma olmadan siyasətimizi dəyişmək istədiyi hallarda konqresin hərəkətə keçməsinə imkan yaradır”.

Qanun layihəsinin irəli sürülməsində senatorlar, respublikaçılar Con Makkeyn, Marko Rubio və demokratlar Kleyr Makkaskill və Şerrod Braun da iştirak ediblər.

Trampdan əvvəlki prezident Obama Moskva Ukraynanın Krım yarımadasını ilhaq etdikdən sonra Rusiyanın bir sıra yüksək vəzifəli rəsmilərinin aktivlərini dondurub, özlərinə isə viza qadağanı qoyub.

Ukrayna, Birləşmiş Ştatlar və Avropa İttifaqı bildirirlər ki, Rusiya həm də Ukraynanın şərqində Kiyevə qarşı döyüşən separatçıları dəstəkləyir.

Ukraynanın Donbas vilayətində davam edən münaqişədə indiyədək 9750 nəfər həlak olub.

Senator Makkeyn deyib ki, yeni qanuna görə sanksiyaların yumşaldılması Moskvaya yanlış mesaj verə bilərdi, çünki “Vladimir Putin öz vətənfdaşlarına zülm etməkdə, siyasi opponentlərini məhv etməkdə, qonşu ölkələrə soxulmaqda davam edib və ABŞ seçkisini təsirləndirmək üçün müdaxilə edib”.

Senator vurğulayıb ki, konqres Rusiyanı onun beynəlxaql qanunları pozduğuna və ABŞ təsisatlarına kiberhücumuna görə məsul tutmaqda davam etməlidir.

Yeri gəlmişkən Moskva senator Makkeyni heç bir əsas olmadan antirusiya hay-küyü yaratmaqda ittiham edib.

Senator Karden isə deyib ki, sözü gedən qanunvericilik aktı 2015-ci il İran Nüvə Sazişinə Baxlması haqqında qanunun modeli əsasında tərtib edilib. Həmin qanun konqresə İrana dair qərarların qəbulu zamanı öz sözünü demək imkanı verir.