BMT nümayəndəsi Staffan de Mistura yaxın günlərdə Suriya sülh danışıqlarına dair dəvətlər göndərəcək.
Strateq.az xəbər verir ki, bu barədə BMT-nin mətbuat xidməti açıqlama yayıb.
De Mistura bir daha Suriya müxalifətini fevralın 20-də Cenevrədə aparılacaq danışıqlarda onları təmsl edəcək şəxsləri seçməyə çağırıb.
BMT-nin sözçüsü Stefane Dujarrik deyib ki ki, danışıqların iştirakçılarına dəvətnamələr yaxın günlərdə ünvanlarına çatdırılacaq. "Biz bütün bu proseslərin çox mürəkkəb olduğunu, müxtəlif insanlarla müzakirə və məsləhətləşmələr tələb etdiyini bilirik. Cənab De Mistura və onun komandası fəaliyyətini davam etdirir".
Xatırladaq ki, De Misturanın sülh danışıqlarına nümayəndə seçməyə dair əvvəlki tələbini Suriya müxalifətinin bəzi üzvləri təhdid kimi qəbul edib.