XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

09 February 2017 - 11:09

Sabiq prezidentdən müraciət:"Arada inciklik olsa belə, birləşməliyik"

khatami-hashemi

İranın sabiq prezidenti Məhəmməd Xatəmi rəsmi Tehranın üzləşdiyi xarici təhlükələrlə bağlı müraciət yayıb.

Strateq.az xəbər verir ki, rəsmi saytında dərc edilən müraciətdə M.Xatəmi bütün siyasi qüvvələri "sistem və inqilab prinsipləri" ətrafında birləşdirməyə çağırıb.

"Hətta bəzi siyasətçilərin incikliyi olsa belə, mən ölkənin ərazi bütövlüyü, milli maraqları, birlik və ahəngdarlıq naminə hamını ciddi düşünməyə dəvət edirəm".

M.Xatəmi son illlər siyasi fəaliyyətdən uzaqlaşdırılıb və KİV-lərə çıxışı yoxdur. Mehdi Kərrubi və Mir Hüseyn Musəvinin "yaşıl hərəkat"ını dəstəklədiyi üçün o, 2009-cu ildən "qara siyahı"dadır. Xatəmi mərhum Haşimi Rəfsəncaninin dəfn mərasimində iştiraka da buraxılmayıb.