"İranın Səudiyyə Ərəbistanının rəhbərliyi ilə hər hansı problemi olmadığı üçün danışıqlara hazırıq".
Strateq.az xəbər verir ki, bunu "al-Mayadeen" telekanalına müsahibəsində İslami Şura Məclisi (parlament) milli təhlükəsizlik komissiyasının sədri Əlaəddin Burucerdi deyib.
Burucerdinin sözlərinə görə, ABŞ-la İran arasında hərbi toqquşma ehtimalı olduqca zəifdir. "Çünki Birləşmiş Ştatların indiyədək İranın "qırmızı xətləri"ni keçmək cəhdləri uğursuz olub".