XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

09 February 2017 - 14:00

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin yeni direktoru Türkiyəyə gəlir –Hansı məsələ müzakirə olunacaq?

SIA direktor

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) yeni direktoru Mayk Pompeo ilk xarici səfərini Türkiyəyə edir.

"The Washington Post" qəzeti M.Pompeonun fevralın 9-da Ankarada görüşlər keçirəcəyini, təhlükəsizlik məsələlərini müzakirə edəcəyini yazıb.

"CBSnews" telekanalının yaydığı məlumata görə, M.Pompeonun Türkiyəyə səfəri haqda fevralın 8-də prezidentlərin telefon söhbəti zamanı razılıq əldə edilib. Türkiyə rəsmiləri 45-dəqiqəlik söhbətin pozitiv və səmimi atmosferdə keçdiyini, prezidentlərin hətta yaxın vaxtlarda görüşmək barədə razılığa gəldiyini deyilər.

Telefon söhbəti zamanı Suriyada qaçqınlardan ötrü azad zonanın yaradılması, terrorla mübarizə əsas müzakirə mövzusu olub. Rəcəb Tayyip Ərdoğan kürd yaraqlıları, Gülən məsələsinə də toxunub.

"ƏMƏKDAŞLIQ EDƏCƏYİK"

MKİ rəhbərinin Ankara səfərində də bu məsələlərin müzakirə olunacağı gözlənir.

ABŞ-la Türkiyə yaxın müttəfiq olsalar da, Obama administrasiyası dövründə münasibətlər xeyli soyudu. Administrasiyanın Suriyadakı rejimlə vuruşan kürd silahlılarına yardım göstərməsi, Türkiyədə çevriliş cəhdində günahlandırılan ilahiyyatçı Fətullah Güləni Ankaraya verməməsi iki ölkə arasında dərin uçurum yaratmışdı. Amma indi rəsmilər prezidentlərin birgə planlarından danışırlar. Bu planlar hər şeydən öncə Suriyadakı İŞİD-çilərə qarşı birgə əməliyyatları nəzərdə tutur.

Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlu Ankarada keçirdiyi mətbuat konfransında Tramp administrasiyasıyla əməkdaşlıqla bağlı nikbin olduğunu bildirib.

«İŞİD-lə savaşda biz, Türkiyə və Səudiyyə Ərəbistanı Birləşmiş Ştatlarla əməkdaşlıq edəcəyik… Əminik ki, döyüşlər bundan sonra daha effektiv olacaq və biz Suriyanı da, İraqı da İŞİD-dən təmizləyə biləcəyik».

 

"BİZİ EŞİDƏN OLMADI"

M.Çavuşoğlu deyib ki, ABŞ-ın rəhbərlik etdiyi koalisiya Suriyadakı əraziləri İŞİD-dən azad etməyə xüsusi əməliyyat qrupları göndərə bilər, bundan ötrü kürdlərin köməyinə arxalanmaq olmaz.

"Əvvəlki administrasiyaya İŞİD kimi təşkilatla mübarizədə terrorçulara arxalanmağın böyük səhv olduğunu demişdik, amma bizi eşidən olmadı", – deyə M.Çavuşoğlu Obama administrasiyasıyla soyuqluğun səbəbini izah edib.

Prezidentlərin telefon söhbətində D.Trampın müsəlman miqrantlarla bağlı qadağasından söz açıb-açmadıqları barədə bilgi yoxdur. Keçən il, hələ D.Trampın seçki kampaniyası zamanı miqrantlarla bağlı çıxışlarını Ərdoğan pisləmişdi və İstanbuldakı "Tramp Towers"dən Trampın adının çıxarılmasını istəmişdi. Amma indi – qanun qüvvəyə minəni Ərdoğan bu haqda danışmayıb.

Qərb mətbuatı prezidentlərin söhbətinin Türkiyədə ABŞ-la münasibətlərdə irəliləyiş ümidi yaratdığını yazır.