XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

09 Fevral 2017 - 22:10

Belarus XİN:"Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxmaq fikrində deyilik”

belarus

Belarus Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı”ndan çıxmaq fikrində deyil”.

Azadlıq Radiosu Ermənistan xidmətinin məlumatına görə, belə bir bəyanatla Belarus xarici işlər nazirliyinin sözçüsü Dimitri Mironçik Ermənistan parlamentində səslənən şağırışlara cavab olaraq çıxış edib.

Ermənistanlı deputatlar rusiyalı bloqqer Aleksandr Lapşini Azərbaycana verdiyinə görə, Belarusu bu təşkilatdan çıxarmağa çağırıblar.

Qeyd edək ki, Rusiyanın başçılq etdiyi “Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı”na digər keçmiş sovet respublikalarından Belarus, Qazaxıstan, Ermənistan, Tacikistan və Qırğızıstan daxildir.

Mironçik qeyd edib ki, bu təşkilatda iştirak edib- etməmək könüllüdür və Belarusun suveren seçimidir. Sözçü deyib ki, Belarus Aleksandr Lapshini Azərbaycana verməklə üzərinə götürdüyü beynəlxalq öhdəliyi yerinə yetirib.

İsrail KİV-lərinin məlumatına görə, Aleksandr Lapshinin anası oğlunun məhkəməsində iştirak etmək üçün yaxın vaxtlarda İsraildən Bakıya gəlməyi planlaşdırır. Qeyd edək ki, Aleksandr Lapshinin Rusiya və İsrail vətəndaşlığı var.

Belarusun Ali məhkəməsi ötən çərşənbə axşamı Lapshinin Azərbaycana verilməsilə bağlı əvvəlki məhkəmə istansiyasının qərarını qüvvədə saxlayıb və bloqqer elə həmin gün Azərbayacana verilib.