Rusiya və Türkiyə qərargah rəisləri Suriya üzrə birgə addımlar və informasiya mübadiləsi məsələlərində koordinasiyanın gücləndirilməsinə dair razılığa gəliblər.
Bu barədə Rusiya Müdafiə Nazirliyinin məlumatında bildirilir.
Qeyd edək ki, Rusiya təyyarəsinin Suriyada səhvən endirdiyi aviazərbə nəticəsində 3 türk əsgəri ölüb, 11 nəfər yaralanıb.
Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarına Suriyada baş verən hadisə ilə əlaqədar başsağlığı verib.
APA