XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

10 February 2017 - 11:13

Reks Tillerson Ərəbistan kralına zəng edib –Xüsusi tarixi münasibətlərdən söz açılıb

kral

ABŞ-ın dövlət katibi Reks Tillerson Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləzizə zəng edib.

Strateq.az SPA-ya istinadla xəbər verir ki, kral Salman söhbətə R.Tillersonu təbrik etməklə başlayıb və öz növbəsində yeni dövlət katibi regionda sabitliyin təmin olunmasında Səudiyyə Ərəbistanının səylərini alqışlayıb.

R.Tillerson regionda ekstremizm və terror fəaliyyətinə qarşı mübarizədə iki ölkə arasında əməkdaşlığın artırılmasının vacibliyini vurğulayıb.

Həmçinin iqtisadi əlaqələrin genişləndirilməsi barədə danışılıb.

Tillerson və kral Salman iqtisadi, təhlükəsizlik və strateji sahələri əhatə ABŞ və Səudiyyə Ərəbistanı arasında xüsusi tarixi münasibətləri nəzərdən keçiriblər.