BMT-nin baş katibi Antonio Quterreş Fələstinin eks-baş naziri Salam Fəyyadı Liviya üzrə BMT elçisi təyin etməyi planlaşdırır.
Strateq.az xəbər verir ki, A.Quterreş BMT Təhlükəsizlik Şurasını öz niyyəti barədə məktubda məlumatlandırıb.
S.Fəyyad 2015-ci ilin noyabrından bu yana Liviya nümayəndəsi olmuş alman Martin Kobleri əvəz edəcək. 65 yaşlı sabiq baş nazir 2007-2013-ci illərdə Fələstin Muxtariyyətində hökumət başçısı və iki dəfə maliyyə naziri vəzifələrini tutub.
Hazırda Liviyanın bir hissəsinə nəzarət edən "Milli birlik" hökumətinin baş naziri Fayez əl-Sərrac ilə diplomatik danışıqlar gedir. Sərrac general Xəlifə Haftarın rəqibidir.
Haftarı Rusiya və Misir, Sərrac hökumətini isə Qərb ölkələri dəstəkləyir.