XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

10 February 2017 - 17:22

55 milyon dollar oğurlamış türk haker –ABŞ-da onun məhkəməsinə hazırlıq gedir

ercan-findikoglu

ABŞ məhkəməsi bank hesablarından təxminən 55 milyon $ oğurlamış türkiyəli hakeri mühakimə etməyə hazırlaşır.

Strateq.az AP-yə istinadla xəbər verir ki, Erkan Fındıkoğlunun əməllərinin qarşısını almaq üçün ABŞ-ın məxfi xidmətləri xeyli səy etməli olub.

2013-ci ildə ABŞ hakimiyyəti orqanlarının tələbi ilə o, Almaniyada həbs olunub və okeanın o tayına ekstradisiya edilib.

Məhkəmə sənədlərinə əsasən, üç qlobal haker cinayətində ittiham edilən 34 yaşlı E.Fındıkoğlunin rus xanımı Alyona Kovalenko və beş yaşlı oğluna ABŞ-a giriş icazəsi verilmir.

E.Fındıkoğlunun Türkiyə, Rumıniya və Ukraynada cinayət ortaqlarının olduğu da bəllidir.

2014-ci ildə ABŞ hökuməti Çinin beş hərbçisinə qarşı da eyni ittihamı irəli sürüb. Lakin ekspertlər onların ABŞ-a ekstradisiya ehtimalını olduqca zəif sayır.

Rusiyada sərbəst yaşaması güman edilən haker Yevgeni Boqaçov da Federal Təhqiqat Bürosu (FBI) tərəfindən ən çox axtarışda olan şəxslərdəndir. Onun başına $ 3 milyon dollar mükafat qoyulub.