XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

10 Fevral 2017 - 18:10

Özbəkistan prezidenti ölkədə yoxsulluq problemini belə həll edir:“Hər bir kəndli ailəsinin 100 toyuğu olmalıdır” 

m

Keçən ilin sentyabrında İslam Kərimovun ölümündən sonra bu yaxınlarda Özbəkistan prezidenti olmuş Şövkət Mirziyoyev qəribə bir sərəncam verib.

Strateq.az Avropa nəşrinə isnadən bildirir ki, sərəncama əsasən, bütün ölkə üzrə kənd yerində hər bir ailə indi 100-dən az olmayaraq toyuq sahibi olmalıdır.

Mirziyoyev qeyd edib ki, 100 toyuq hər gün ən azı 50 yumurta verəcək. Ailə bunun onunu yeməli, 40-nı isə satmalıdır. “Onda bizdə yoxsul ailə olmayacaq”, – deyə Mirziyoyev ölkənin ən yoxsul rayonunda çıxış edərkən bildirib.

Bundan başqa, o dəqiqləşdirib: “Biz adamları bu kursu təqib etməyə inandıra bilsək, onda hər kəs uzun bir ömür yaşayacaq”.

Onun əmri hələlik buna səbəb olub ki, Radio Free Europe/Radio Liberty-nin videosundan göründüyü kimi, şəbəkə portalları onu lağa qoyur.

Çoxsaylı tənqidçilərin sözlərinə görə, Mirziyoyevin sələfi İslam Kərimov qəddar diktator idi. Özbəkistan "Economist Intelligence Unit" analitik mərkəzinin demokratiya indeksində uzun illər boyu ən aşağı sətirləri tutub. Son zamanlar bu siyahıda ən aşağı yerdə Şimali Koreya durur, Özbəkistan isə 167 ölkənin bu siyahısında  aşağıdan onuncu yeri tutur.