İranın baş prokuroru Məhəmməd Cəfəri Müntəziri Tehran yaxınlığında İŞİD üzvü olan qrupun zərərsizləşdirildiyini açıqlayıb.
Strateq.az İran KİV-lərinə istinadla xəbər verir ki, M.Müntəzirinin sözlərinə görə, qrup üzvləri fevralın 11-də keçirilən İslam inqilabının ildönümü günü təxribat və talanlar törətmək istəyiblər.
Baş prokuror əlavə edib ki, təmsil etdiyi dövlətin səyləri və müqaviməti olmasaydı, terrorçu birləşmənin doğurduğu təhlükə İran sərhədlərini aşardı.