ABŞ sabiq Fələstin baş naziri Salam Fəyyadın BMT-nin Liviya üzrə nümayəndəsi olması təyinatının əleyhinə çıxış edəcək.
Strateq.az xəbər verir ki, bunu ABŞ-ın BMT-dəki səfiri Nikki Heyli deyib. O, Fələstinin dövlət kimi tam üzvlüyü olmadığını əsas gətirərək BMT baş katibinin təklifinə qarşı bəyanat verib.
BMT Təhlükəsizlik Şurasının iclası fevralın 15-də keçiriləcək.
Xatırladaq ki, Salam Fəyyadın namizədliyini irəli sürən A.Quterreş BMT Təhlükəsizlik Şurasını öz niyyəti barədə məktubla məlumatlandırıb.
S.Fəyyad 2015-ci ilin noyabrından bu yana Liviya nümayəndəsi olmuş alman Martin Kobleri əvəz edəcək. 65 yaşlı sabiq baş nazir 2007-2013-ci illərdə Fələstin Muxtariyyətində hökumət başçısı və iki dəfə maliyyə naziri vəzifələrini tutub.