XƏBƏR LENTİ

23 Oktyabr 2020
22 Oktyabr 2020

Digər Xəbərlər

11 Fevral 2017 - 13:58

Əhmədinejaddan təkzib:"Heç bir siyasi qurumun üzvü deyiləm"

ahmad

İranın sabiq prezidenti Mahmud Əhmədinejad xüsusu bəyanatla çıxış edərək heç bir siyasi qrupun üzvü olmadığını bildirib.

Strateq.az İran mediasına istinadla xəbər verir ki, M.Əhmədinejad qarşıdakı prezident seçkilərində namizədlərdən kimisə dəstəkləyəcəyi barədə şayiələri qətiyyətlə rədd edib.

"Mən heç bir dəstəyə və ya partiyaya mənsub deyiləm və yalnız okeandakı bir damla kimi mənsub olduğum İran xalqının qulu olmağı özümə şərəf sayıram", – deyə sabiq prezident bəyan edib.

O, fikrinin davamında əlavə edib: "Bu mövqe qəti və dönməzdir".

M.Əhmədinejad bildirib ki, hansısa siyasi qurumların özvləri onun adından çıxış etməsi mümkündür. Lakin hazırda o, heç bir siyasi partiya və təşkilatı dəstəkləmədiyi üçün bu cür açıqlamaları yanız qeybət hesab edir.