2015-ci ildə İŞİD-çilərin qətlə yetirdiyi İordaniya pilotla bağlı yeni təfərrüatlar ortaya çıxıb.
Strateq.az xəbər verir ki, şəxsiyyəti gizli saxlanılan bir keçmiş İŞİD-çi "Al-Arabia"ya açıqlamasında pilotun tutulmasından sonra onun edamı ilə dünyaya mesaj göndərmək barədə qərar qəbul edildiyini bildirib.
Sabiq "mücahid" bu edamın necə çəkildiyini ətraflı şəkildə nəql edib.
Müəz əl-Kasisbehin diri-diri yandırılması səhnəsi "Twitter" hesabı vasitəsilə paylaşılıb.
Xatırladaqki, İordaniyalı pilotun təyyarəsi 2015-ci ildə Raqqa şəhəri üzərində vurulub.