XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

11 February 2017 - 16:49

Suriya ordusu Əl-Babda:şəhərin alınmasında "pələnglər" iştirak edir

2314810

"Sputnik"in məlumatına görə, Suriya ordusu Əl-Bab şəhərinə daxil olub.

Strateq.az xəbər verir ki, şəhərə girən əsgərlər ilə İŞİD-çilər arasında şiddətli döyüşlər gedir. Rusiya təyyarələri bölgəni havadan bombalayır.

Hələbdən gətirilən ağır silahlarla Əl-Babda irəliləyən Suriya ordusu dünən axşam saatlarında şəhərin cənubundakı Əbu Taltal və Dərin Kak kəndlərini ələ keçirib.

Əl-Bab əməliyyatında polkovnik Süheyl Həsənin rəhbərlik etdiyi "Pələnglər" adlı xüsusi hərbi birlik iştirak edir.