XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

11 Fevral 2017 - 17:09

Qəzaya uğrayan baş nazirmüayinədən keçib

Fevralın 10-da Osvensimdə avtomobil qəzasına uğrayan Polşanın baş naziri Beata Şidlo ciddi xəsarətlər almayıb. Bunu Nazirlər Kabinetinin mətbuat katibi Rafal Bohenek brifinqdə bildirib.

Azərtac TASS informasiya agentliyinə istinadla xəbər verir ki, mətbuat katibinin dediyinə görə, baş nazir insidentdən sonra təcili surətdə Osvensim xəstəxanasına göndərilib və burada diaqnostik müayinədən keçib. Sonradan Beata Şidlo həkimlərin məsləhəti ilə Varşavadakı hospitala yerləşdirilib.

Bohenek, həmçinin qəza nəticəsində daha iki nəfərin xəsarət aldığını təsdiqləyib. Onlardan biri avtomobilin sürücüsü, digəri isə daha ciddi xəsarət alan və Varşavada xəstəxanada müalicəsini davam etdirən mühafizəçidir.

Bu arada hakim Hüquq və Ədalət Partiyasının başçısı Yaroslav Kaçinski baş nazirin “ciddi xəsarət aldığını” və fevralın 10-da axşam saatlarında helikopterlə Varşavaya çatdırıldığını bildirib.