XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

11 Fevral 2017 - 17:16

“Facebook” öz televiziyaşousunu yaradır

Yaxın zamanlarda “Facebook” öz televiziya şoularının tərtibatına başlayacaq. 

İKT.lent.az-ın “vladtime.ru” saytına istinadən məlumatına görə, verilişlər ancaq sosial şəbəkədə yayımlanacaq. 

“Facebook” şirkəti fəal olaraq yalnız internetə çıxışı olan insanların baxa biləcəyi yeni layihə üzərində çalışır. Çünki bu yayımlar ancaq sosial şəbəkədə aparılacaq. 
 
MTV telekanalının tanınmış aparıcısı Mina Lefevr proqram və ssenarilərin işlənməsində fəal iştirak edəcək. Çünki o, çoxdandır bu mühitin içindədir.
 
Mina bildirib ki, özü üçün yeni olan belə layihələrdə iştirak etməyə çox şaddır. O, hər şeyi məmnuniyyətlə edəcək və ona belə bir layihədə iştirak etməyə imkan yaratdığı üçün “Facebook” şirkətinə təşəkkür edir.
 
Hazırda şirkət nümayəndələri fəal olaraq rejissor və prodüserlərin axtarışına başlayıb. Ancaq layihənin digər təfərrüatlarını böyük bir sirr olaraq saxlayırlar.