XƏBƏR LENTİ

24 Noyabr 2020

Digər Xəbərlər

11 Fevral 2017 - 18:25

ABŞ-dan Şimali Koreyayasərt mesaj

Rəsmi Vaşinqton bütün vasitələrlə özünü və müttəfiqlərini Şimali Koreyadan müdafiə etməyə hazırdır.

APA-nın  "RİA Novosti"agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ prezidenti Donald Tramp və Yaponiya baş naziri Sindzo Abenin görüşünün yekunlarına dair qəbul olunan bəyanatda deyilir.

“ABŞ və Yaponiya Şimali Koreyanı nüvə silahı proqramlarından imtina etməyə və təxribatlara son qoymağa çağırır. Amerika Birləşmiş Ştatları bütün hərbi imkanları ilə ərazisinin və müttəfiqlərinin qorunmasına sadiqdir”, bəyanatda qeyd olunur.

D.Tramp və S.Abe, həmçinin ABŞ-Yaponiya-Cənubi Koreya üçlüyünün əməkdaşlığının vacibliyini vurğulayaraq Şimali Koreya üzrə BMT qətnamələrinin yerinə yetirilməsinə çağırıblar.