XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

11 Fevral 2017 - 18:47

Tramp Meksika ilə sərhəddə divar tikintisininqiymətindən danışdı

ABŞ prezidenti Donald Tramp söz verib ki, Meksika ilə sərhəddə divar tikintisinin qiyməti çox azalacaq.

"RİA Novosti"nin məlumatına görə, bu barədə Tramp öz "Twitter" hesabında yazıb.

"Mən oxuyuram ki, böyük sərhəd DİVARI hakimiyyətin əvvəlcə düşündüyündən baha başa gələcək, amma mən layihələndirilmədə və danışıqlarda hələ iştirak etməmişəm. Mən danışıqlara qoşulanda "Air Force One" proqramında və F-35 təyyarələrinin qiymətində olduğu kimi qiymət çox azalacaq", – Tramp hesabında yazıb.