XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

11 Fevral 2017 - 20:55

Avropa Bank Agentliyi Praqayaköçürülə bilər

Çexiya Respublikası hökuməti Böyük Britaniyanın Avropa İttifaqından çıxmasından sonra Avropa Bank Agentliyinin Praqaya köçürülməsinə çalışacaq.

Bu barədə Avropa məsələləri üzrə müşavir Tomaş Prouza jurnalistlərə müsahibəsində deyib. Hazırda bank agentliyinin qərargahı üçün təxminən 200 əməkdaşın yerləşə biləcəyi bina axtarılır.

Avropa Bank Agentliyinin Çexiyaya köçürülməsi ölkəyə əlavə qazanc gətirə bilər (bu agentliyin qərargahına danışıqlar üçün hər il 10-15 min adam gəlir) və maliyyə bazarının inkişafı üçün əlavə stimul verə bilərdi, eyni zamanda, Çexiyanın Avropa İttifaqında mövqeyi güclənərdi. /Azərtac