Çexiyanın xarici işlər naziri Lyubomir Zaoralyok deyib ki, YPG ilə əməkdaşlıqda ittiham edilən Çex Respublikası vətəndaşları Marketa Vşelixova və Miroslav Farkas “cəzalarını vətəndə çəkə bilərdilər”.
İndi onları 15 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir. Nazir əmin olduğunu bildirib ki, tərəflər bu məsələyə dair razılığa gələ biləcəklər.
Vşelixova və Farkas terrorçularla əməkdaşlıqda ittihamları rədd edir və təkidlə bildirirlər ki, onlar “humanitar fəallar”dır”. Lakin onların YPG-nin terror fəaliyyətində iştirak etməsi praktiki olaraq sübut edilib. / Azərtac.