XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

11 Fevral 2017 - 22:51

İranın kəşfiyyat naziri:"Tehran yaxınlığında həbs edilən terrorçuların rəhbəri öldürülüb"

2348724

İranın kəşfiyyat naziri İŞİD-lə bağlı 8 nəfərdən ibarət terrorçu qrupun həbsi ilə bağlı açıqlama verib.

Strateq.az xəbər verir ki, Mahmud Ələvi Tehran yaxınlığında yaxalanan qrup üzvlərinin planlaşdırılmış hücum və təxribat cəhdlərinin qarşısının alındığını bildirib.

Nazir deyib: "Təxribat planlarını koordinasiya edən şəxs İraqda öldürülüb. İran və digər ölkə vətəndaşlarından ibarət terrorçu qrupun üzvləri sığınacaqlarında həbs olunublar".

M.Ələvinin sözlərinə görə, ilkin ifadələrində terrorçular xaricdən təlimatlar aldıqlarını etiraf ediblər.