XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

12 Fevral 2017 - 10:08

Almaniya bu gün prezidentini seçəcək

German flag 1

Almaniyanın paytaxtı Berlində ölkənin 12-ci prezidenti seçiləcək.

Prezident Federal yığıncaqda seçilir. Səsvermədə bundestaqın 630 deputatı və 630 federal torpaq nümayəndəsi iştirak edir. Seçkidə qalib olmaq üçün namizədə 631 səs kifayət edir.

Böyük ehtimalla seçkilərdə keçmiş XİN rəhbəri Frank-Valter Ştaynmayer qalib gələcək.

Almaniya Federativ Respublikasının prezidenti əsasən, nümayəndəlik rolunu oynayır. Onun siyasi hakimiyyət yoxdur.  (Qafqazinfo)