İranın Beynəlxalq münasibətlər üzrə Strateji Şurasının sədri Amerikanın yeni prezidentini "naşı adam" adlandırıb.
Strateq.az "Tasnim"ə istinadla xəbər verir ki, sabiq xarici işlər naziri Seyyid Kamal Xərrazi siyasi səhnə daxil olduğu andan D.Trampın çoxlu səhvlərə yol verdiyini bildirib.
"Bu Trampın siyasətdə naşı adam olduğunu göstərir", – deyən Xərrazi İranın mövqeyinin dyişməz qalacağını və öz gücünü xalqdan aldığını deyib.