XƏBƏR LENTİ

20 Oktyabr 2020

Digər Xəbərlər

12 Fevral 2017 - 10:17

Kəşmirdə yaraqlılara qarşı xüsusi əməliyyat:7 nəfər ölüb

Kəşmir

 Hindistanın Cammu və Kəşmir ştatlarında aparılan xüsusi əməliyyat zamanı 4 yaraqlı öldürülüb, 3 hüquq-mühafizə orqanı əməkdaşı həyatını itirib.

Bu barədə "ANI" agentliyi məlumat yayıb.

Ordu və polisin Kulqam dairəsinin yaşayış məntəqələrindən birində apardığı birgə xüsusi əməliyyat bazar günü gecə başlayıb. Yaşayış məntəqəsi mühasirəyə alınıb, daha sonra isə yaraqlıların axtarışına başlanılıb.

Silahlı toqquşma evlərdən birində gizlənmiş yaraqlıların təhlükəsizlik xidməti əməkdaşlarına atəş açması nəticəsində baş verib. Yaraqlıların bir neçəsinin hadisə yerindən qaçması səbəbindən, xüsusi əməliyyat davam etdirilir. /"Report"