Rusiya xarici işlər naziri Sergey Lavrov Rusiya, Türkiyə və İranın, Suriyanın hökumət rəsmiləri və silahlı müxalif qrupların nümayəndələrinin iştirakı ilə yeni toplantıya hazırlıqların getdiyini açıqlayıb.
Strateq.az xəbər verir ki, "NTV" telekanalına (Rusiya) müsahibə verən S.Lavrov Qazaxıstanın paytaxtı Astana başlanan prosesin davam etdiriləcəyini təsdiqləyib.
Qazaxıstanın Xarici İşlər Nazirliyi də bir gün əvvəl Astanadaki danışıqların yeni dönəmi üçün tərəflərə dəvətnamə göndərildiyini bildirib.
Xatırladaq ki, son görüşdə İordaniya nümayəndəsi də iştirak edib.