"Donald Trampın iddialı sözlərindən heç bir narahatlıq keçirmirik".
Strateq.az "Tasnim News"a istinadla xəbər verir ki, bunu İranın Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, sabiq xarici işlər naziri Əli Əkbər Vilayəti deyib.
ABŞ prezidentinin 7 müsəlman ölkəsi vətəndaşlarına giriş məhdudiyətini şərh edən Ə.Vilayəti deyib ki, hazırda məhkəmə hakimiyyətinin bu sərəncama müqavimət göstərdiyi hamıya bəllidir: "Bir çox ABŞ KİV-lərinin və siyasətçilərinin də Trampa qarşı çıxdığına şahid oluruq".
"Biz dəqiq olaraq onun nə etmək istədiyini bilmirik", – deyən Ə.Vilayəti D.Trapın davranışını "qəribə" adlandırıb.