"General Qasim Süleymaninin İraqda olması təbiidir".
Strateq.az xəbər verir ki, bunu "Tasnim News"a geniş müsahibəsində İraq prezidenti Fuad Məsum deyib.
İraq dövlət başçısı xatırladıb ki, hazırda ölkədə bir neçə dövlətin, o cümlədən ABŞ, Böyük Britaniya, Fransa və digər Avropa ölkələrinin hərbi müşavirləri və məsləhətçiləri var. Onların İraqdakı varlığı terrorizmə qarşı mübarizədə İraq ordusuna göstərdikləri yardımla bağlıdır.
"Bu mənada general Qasim Süleymaninin də İraqda olması adi, təbiidir. İraq siyasətçilərinin əksəri onu yaxşı cəhətdən tanıyırlar", – deyə prezident F.Məsum əlavə edib.