Qətər dövləti Qəzza zolağının yenidənqurulması üçün tələb olunan 1 milyard $-ın özünə aid hissəsini ödəməyə başlayıb.
Strateq.az xəbər verir ki, bunu "Həmas" lideri İsmayıl Haniyə bildirib. Onun sözlərinə görə, rəsmi Dohadan 100 milyon $-lıq ilk depozit qəbul edilib.
Vəsaitin 25 milyon $-ı Rifahda xəstəxana tikintisinə və digər layihələrə xərclənəcək. 30 mln. $ isə İsraildən Qəzzaya ikinci elektrik xəttinin çəkilməsinə sərf olunacaq.