Livanın "Hizbullah" hərəkatının lideri Şeyx Həsən Nəsrullah ABŞ prezidenti Donald Trampı "axmaq" adlandırıb.
Strateq.az xəbər verir ki, "Los Angeles Times" nəşrinə müsahibəsində "Hizbullah" lideri bildirib: "Əslində, onunla bağlı narahatlığımız yoxdur. Trampın gəlişi ilə nə dəyişib ki?"
O, sözlərinə belə davam edib: "Ağ Evdə bir axmağın yaşamasına görə narahat olmağa dəyməz".
H.Nəsrullah Astanada əldə edilən atəşkəs rejimini dəstəklədiyini bildirib: "Bu, Suriyada qırğının qarşısını almaq və siyasi həlli üçün zəmindir. Altı ildir ki, Suriya dövlətin dağılması riski ilə üzləşib. Bu təhlükəni əsasən sovuşdurduq".