ABŞ prezidentindən Perunun sabiq dövlət başçısı Alexandro Toledonun ekstradisiya olunması xahiş olunub.
Strateq.az "Reuters"ə istinadla xəbər verir ki, Peru prezidenti Pedro Pablo Kuçinski bu xahişlə D.Trampa müraciət edib.
O, ABŞ prezidenti ilə telefon danışığından sonra İsrail hökuməti ilə əlaqə saxlayıb. Rəsmi Tel-Əvivə minnətdarlığını bildirən P-P.Kuçinski baş nazir B.Netanyahuya məktub göndərib.
Xatırladaq ki, dünən A.Telodonun İsrailə gələcəyi xəbərinin ardınca rəsmi Tel-Əviv Perunun sabiq prezidentinin ölkəyə daxil olmasına icazə verməyəcəyini bildirib.
2001-2006-cı illərdə Perunu idarə etmiş Alexandro Toledo Braziliyanın "Odebrecht" tikinti firmasından 20 milyon $ rüşvət almaqda suçlanır. Onun həbsinə sərəncam imzalanıb və beynəlxalq axtarışdadır.