Prezident Rəcəb Tayyip Ərdoğan əl-Bab şəhəri İŞİD-dən təmizləndikdən sonra Suriyada təhlükəsiz zonaları yaratmaq niyyətini açıqlayıb.
Strateq.az xəbər verir ki, Türkiyənin dövlət başçısı deyib: "Əl-Babdan sonra, əgər koalisiya qüvvələri ilə müştərək addımı atarsaq, şərqə yönələcək, Munbic və Raqqaya istiqamətlənəcəyik və terrordan təmizlənmiş etibarlı bölgə ərəb qardaşlarımız və türkmənlər üçün sığınacaq yaradacağıq".
"Bir neçə ay əvvəl terroristlərin hakim olduğu 2 min kvadrat kilometrlik sahə hazırda güvən və ümid sahəsi vəziyyətdədir. Amma bu, qaneedici deyil. Hədəfimiz ən azı 4-5 min kvadrat kilometrlik sahəni terrordan təmizlənmiş, etibarlı bölgə halına gətirməkdir. Burada ciddi çətinlik var. Bu iş hazırda davam edir".