Pakistanın Lahor şəhərində baş verən güclü partlayış nəticəsində ölənlərin sayı 13-ə çatıb, 83 nəfər xəsarət alıb.
Polis insidenti terror aktı kimi qiymətləndirib.
Hücuma görə məsuliyyəti "Taliban" hərəkatının Pakistan qolu ilə əlaqəli "Camaat-ul-Əhrar" qruplaşması öz üzərinə götürüb. /APA