Rusiyanın Ryazan vilayətinin qubernatoru Oleq Kovalyev öz vəzifəsindən istefa verib.
Kovalyev bu barədə qərarını regional hökumətin iclasında söyləyib. O, istefa ərizəsini bir həftə əvvəl Rusiya Prezidenti Vladimir Putinə göndərdiyini bildirib.
Bu, artıq son bir neçə gündə Rusiyada 5-ci qubernator istefasıdır. Rusiya mətbuatı qubernatorların istefaya prezident seçkisi ilə əlaqədar göndərildiyini iddia edib. Kreml bununla bölgələrdə yaranmış problemlərin növbəti seçkidə onun üçün əsas maneəyə çevrilməməsinə çalışır.
Rusiya regionlarının problemləri son günlər həddən artıq çoxalıb. Ölkəyə bağlı subyektlərin büdcələrində ciddi kəsir müşahidə edilir. Üstəlik, mövcud olan 85 subyektdən 20-si artıq defolt ərəfəsindədir. /Axar.az