İranın informasiya (kəşfiyyat) naziri hüccətül-islam Seyyid Mahmud Ələvi ölkənin rəhbər şəxslərinə smartfonlardan istifadə ilə bağlı təhlükəsizlik tövsiyələri verildiyini bildirib.
Strateq.az "Tasnim News"a istinadla xəbər verir ki, nazir bir çox hallarda rəhbər mövqeli məmurların mobil cihazlardan istifadəsinin məqbul olmadığını deyib:
"Bu tövsiyələr ilk növbədə, məxfi informasiyaya girişi olan vəzifəli şəxslərə aiddir. Bir qayda olaraq onlar ofis daxilində istifadəsi mümkün olan smartfonlardan yararlanmalıdır".