Misir parlamentinin ərəb işləri komissiyası Suriyanın Ərəb Birliyi (Ərəb Liqası) Şurasına yenidən üzv olmasını tələb edərək, rəsmi Dəməşqin qurumdakı yoxluğunun qəbuledilməz olduğunu bəyan edib.
Strateq.az xəbər verir ki, komissiyanın rəhbəri Səid Camal Suriyanın müstəqilliyinin və ərazi bütövlüyünün qorunmasının vacibliyini vurğulayıb.
O, Suriya və Misir arasındakı strateji münasibətlərə toxunaraq, Misir də daxil olmaqla, ərəb ölkələrinin Astana zirvəsində Suriya böhranının həllinə yardımçı olmamalarını qınayıb.
Xatırladaq ki, martın 29-da İordaniyada Ərəb Birliyi rəsmilərinin toplantısı keçiriləcək.