XƏBƏR LENTİ

31 Oktyabr 2020

Digər Xəbərlər

14 Fevral 2017 - 19:54

İsrail səfiri Misirdən gizlicə çıxarılıb –"Telegraph" qəzetinin iddiası

ShowImage77777777

İsrailin Misirdəki yeni səfiri David Qovrin gizlicə ölkədən çıxarılıb.

Strateq.az xəbər verir ki, bu barədə "Telegraph" qəzeti məlumat verib.

Nəşrin iddiasına görə, David Qovrinin təhlükəsizliyi üçün narahatlıq olduğundan ötən ilin sonundan etibarən o, ölkə xaricinə çıxarılıb. 

Hazırda səfir Qüdsdə işləyir və İsrail hökuməti ümid edir ki, yaxın gələcəkdə D.Qovrinin Misirə qayıtmaq imkanı olacaq.

Sayca 13-cü İsrail səfiri olan D.Qovrin 2016-ci ilin avqustunda vəzifəsinin icrasına başlayıb.