İsrail baş naziri Benyamin Netanyahunun prezident D.Trampla görüşü ərəfəsində Ağ Ev, İsrail-Fələstin münaqişəsinin iki dövlətli həlli seçənəyini dəstəkləmədiyini bildirib.
Strateq.az xəbər verir ki, administrasiyanın rəsmilərindən biri ABŞ-ın artıq son sülh şərtlərini diktə etməyəcəyini, lakin hər iki tərəfə birlikdə dəstək verəcəyini deyib."İki dövlətin yaradılması regiona sülh gətirmir, bu, məqsəd deyil".
D.Tramp və B.Netanyahu bu gün görüşməlidirlər.