Rusiya Müdafiə Nazirliyi bəyan edib ki, Suriyaya dair Astana danışıqlarında heç bir təxirəsalma yoxdur və proses nəzərdə tutulduğu kimi, fevralın 15-də başlayacaq.
Strateq.az TASS-a istinadla xəbər verir ki, bu gün nümayəndə heyətləri ikitərəfli formatda işgüzar görüşlər keçirməlidir.
Bu görüşlərdə mövqelər açıqlanmalı, habelə atəşkəs rejiminin gücləndirilməsinə dair təkliflər səsləndirilməlidir.
Fevralın 16-da isə yekun sənəd açıqlanmalıdır.