Misir parlamenti investisiya və beynəlxalq əməkdaşlıq nazirliklərinin birləşməsi ilə baş tutan kabinet dəyişikliyini təsdiqləyib.
Strateq.az "Al Arabia"ya istinadla xəbər verir ki, dəyişiklik planını Misir prezidenti Əbdülfəttah Sisi təqdim edib.
Təkliflərə əsasən, baş nazir Şərif İsmayılın kabinəsinə ticarət, planlaşdırma, kənd təsərrüfatı, parlament məsələləri, təhsil, nəqliyyat, ali təhsil və yerli inkişaf üzrə yeni nazirlər təyin edilib.