ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşəcək.
Azərtac BBC-yə istinadla bildirir ki, Ağ Evdə keçiriləcək görüşdə əsasən Yaxın Şərq regionundakı siyasi proseslərin, o cümlədən İsrail-Fələstin və Suriya münaqişələrinin, İranın nüvə məsələsinin müzakirə ediləcəyi gözlənilir. Qeyd edək ki, bu, Trampın inauqurasiyasından sonra Netanyahu ilə ilk görüşüdür.