Prezident Donald Trampın müşaviri Kellien Konuey “Fox News” telekanalının efirində amerikalıları “Ivanka Trump” mallarını almağa çağırandan sonra ABŞ hökuməti yanında Etika İdarəsi admistrasiyaya müşavirin davranışı barədə intizam tədbirlərinin görülməsinə dair məktub göndərib.
Etikası İdarəsinin rəhbəri Uolter Şaub bildirib ki, Kellien Konuey tərəfindən Donald Trampın qızı İvanka Trampın mallarının reklam olunması mövcud hökumət qaydalarının pozulmasıdır.
D.Tramp “Twitter” səhifəsində “Nordstrom” mağazalar şəbəkəsini “Ivanka Trump” markasından olan malları satmaqdan imtina etdiyi üçün pisləmişdi. Kellien Konuey isə “Fox News” telekanalında D.Trampın “Twitter”də yazdığı fikirlər müzakirə edilən zaman amerikalıları “Ivanka Trump” mallarını almağa çağırıb.
Federal etika qaydaları icra hakimiyyəti orqanlarında işləyən rəsmi şəxslərə malların reklam və tövsiyəsi məqsədilə öz vəzifələrindən sui-istifadə etməyi qadağan edir. /Azərtac